Tribuna.az xəbər verir ki, WhatsApp status videolarına baxışı sürətləndirən yeni funksiyanı sınaqdan keçirir.
WABetaInfo-nun məlumatına görə, istifadəçilər status videolarını artıq 2 dəfə sürətli izləyə biləcəklər.
Bunun üçün video oynayarkən ekranın sağ hissəsinə basıb saxlamaq kifayətdir.
Barmaq ekrandan götürüldükdə video dərhal normal sürətə qayıdır.
Yeni funksiya yalnız musiqili statuslara deyil, WhatsApp-da paylaşılan bütün video statuslara tətbiq olunur.
Yenilik hazırda iOS üçün WhatsApp beta 26.36.10.70 versiyasının bəzi istifadəçiləri arasında sınaqdan keçirilir.
WhatsApp-ın bundan əvvəl musiqili statuslarda video müddətini 15 saniyədən 30 saniyəyə qədər artırması da diqqət çəkib.
Şirkətin yeni 2x sürət funksiyası xüsusilə çoxsaylı və uzun status videolarına baxan istifadəçilərə vaxta qənaət etməyə imkan verəcək.
Funksiyanın yaxın həftələrdə daha çox beta istifadəçisinə təqdim ediləcəyi, lakin bütün istifadəçilər üçün rəsmi yayım tarixinin hələ açıqlanmadığı bildirilir.
İmran Kərimli









