Rusiyanın ŞOK  çevriliş planı – Detallar

Rusiyanın ŞOK çevriliş planı – Detallar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan müxalifəti Rusiyadan qidalanır və ölkədə yeni iğtişaşlara hazırlaşır. Amma Paşinyan bu qüvvələri növbəti dəfə əzəcək.

Bu fikirləri Tribuna.az-a siyasi ekspert Ramiyə Məmmədova yeni konstitusiya müzakirələri haqda danışarkən deyib. Onun sözlərinə görə, referendum ərəfəsində gərginlik artacaq: “Rusiya müxalifətə dəstəyi gücləndirir. Son seçkilərdə müəyyən qədər məqsədə çatdı və iqtidar konstitusion üstünlük qazanmadı. İndi də referendumda sülhə mane olmaq istəyir. Bunu erməni xalqı dərk etməlidir”.

Ekspert hesab edir ki, Rusiya Ukrayna cəbhəsində məğlub olmalı, ən azı başı qarışmalıdır: “Əks halda, Ermənistanı qarışdıraraq Paşinyanı devirməyə çalışacaq. Bu da sülh prosesini pozmaq deməkdir. Məncə, referendumda çətinliklə də olsa sülh tərəfdarları qalib gələcək”.

Həsən Ağa