Ermənistanda yeni Konstitusiyanın hazırlanması prosesi ilə bağlı mühüm yenilik gözlənilir. Sənədin ilkin layihəsinin gələn həftə dərc olunacağı açıqlanıb.
Tribuna.az TASS-a istinadən xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu barədə hökumətin iclasında danışıb.
Onun sözlərinə görə, Konstitusiyanın ilkin layihəsi aparılan müzakirələrin nəticələri əsasında hazırlanıb və gələn həftə ictimaiyyətə təqdim ediləcək.
Paşinyan yeni Konstitusiyanın qəbul edilməsi məsələsində xalqın mövqeyinin həlledici olacağını bildirib. O, referendumda vətəndaşların yeni Konstitusiyanı rədd etməsi halında istefa verəcəyini də bəyan edib.
Beləliklə, qarşıdakı həftə Ermənistanda konstitusiya islahatları ilə bağlı siyasi müzakirələrin daha da intensivləşəcəyi gözlənilir.
İmran Kərimli









