ABŞ və İran arasında yeni müharibə təhlükəsi artır

ABŞ və İran arasında yeni müharibə təhlükəsi artır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ ilə İran arasında davam edən hərbi qarşıdurmanın yenidən genişlənməsi təhlükəsi beynəlxalq ictimaiyyəti narahat edir. Yaxın Şərq ölkələri daha böyük müharibənin qarşısını almaq üçün diplomatik səylərini gücləndiriblər.

Tribuna.az Associated Press (AP) agentliyinə istinadən xəbər verir ki, Türkiyə, Pakistan və Körfəz ölkələri Vaşinqtonla təmaslarını intensivləşdirərək ABŞ və İran arasında genişmiqyaslı hərbi əməliyyatların bərpasına mane olmağa çalışırlar.

Məlumata görə, İsrailin Baş naziri Benyamin Netanyahu İranın nüvə və raket obyektlərinə yeni zərbələrin endirilməsini istəyir. Region ölkələri isə belə bir addımın müharibəni daha geniş əraziyə yayacağından ehtiyat edirlər.

ABŞ və İran arasında qarşılıqlı hərbi zərbələr, xüsusilə Fars körfəzi ətrafındakı hərbi obyektlərə hücumlar gərginliyi artırıb. İranın Bəhreyndəki radar obyektini hədəf almasından sonra ABŞ qüvvələrinin İranın raket buraxılış məntəqəsinə zərbə endirdiyi bildirilir.

Digər tərəfdən, ABŞ Prezidenti Donald Tramp İranla bağlı hərbi və diplomatik variantların hələ də gündəmdə olduğunu bildirib. Vaşinqton Tehrana qarşı iqtisadi təzyiqləri də davam etdirir.

Reuters-in məlumatına görə, tərəflər arasında danışıqlarda əsas fikir ayrılıqları Hörmüz boğazına nəzarət, ABŞ-ın dəniz blokadası, sanksiyalar və İranın nüvə proqramı ilə bağlıdır.

Ekspertlərin diqqət çəkdiyi əsas təhlükələrdən biri münaqişənin enerji infrastrukturuna yayılmasıdır. Belə bir ssenari neft və qaz ixracına, beynəlxalq gəmiçiliyə və qlobal enerji qiymətlərinə ciddi təsir göstərə bilər.

İmran Kərimli