Turizm ixtisasında təhsil müddətinin 4 ildən 3 ilə endirilməsi təklifi müsbət haldır. Amma bununla bağlı müəyyən işlər görülməli, 4 illik yük 3 ilə sığışdırılmamalıdır.
Tribuna.az xəbər verir ki, bu barədə təhsil eksperti Əmrah Həsənli yazıb. O bildirib ki, təşəbbüsə müsbət yanaşır, lakin əsas məsələ illərin sayında deyil, o illərin necə istifadə olunmasındadır:
“Turizm praktik sahədir. Tədris planında təkrarçı və köhnəlmiş fənlər çıxarılıb yerinə xarici dil, praktik məşğələ və real iş təcrübəsi gücləndirilərsə, üç il ərzində keyfiyyətli kadr hazırlamaq mümkündür.
Bir şərtlə ki, dörd illik yük olduğu kimi üç ilə sıxışdırılmasın, əvvəlcə pilot layihə kimi sınaqdan keçirilsin, iş verənlərlə və sahə mütəxəssisləri ilə məsləhət edilsin.
Məqsəd kadrı tez yetişdirmək yox, yaxşı yetişdirmək olmalıdır”.
Nigar İxtiyarqızı










