“Fərhad Bədəlbəyli konservatoriyanı yaman günə qoydu” –   Sabiq deputat

“Fərhad Bədəlbəyli konservatoriyanı yaman günə qoydu” – Sabiq deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkədə durğunluğun hökm sürdüyü Ali məktəblərdən biri də Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasıdır. Zəngin tarixə malik olan bu təhsil ocağına 35 ildir ki, Fərhad Bədəlbəyli rəhbərlik edir. İndi onun 79 yaşı var.

Tribuna.az xəbər verir ki, bu sözləri sabiq deputat Etibar Əliyev bildirib. O qeyd edib Fərhad Bədəlbəyli Konservatoriyanı bərbad hala salıb:

“Fərhad Bədəlbəyli Ayaz Niyazoviç Mütəllibovun sərəncamı ilə 1991-ci ildə bu musiqi məbədinə rektor təyin olunub. Onun təşəbbüsü ilə Üzeyir Hacıbəyov adına Konservatoriya Bakı Musiqi Akademiyasına çevrildi. Konservatoriyanın Musiqi Akademiyasına çevrilməsinin səhv olmasını Xalq artisti, bəstəkar Xəyyam Mirzəzadə belə izah etmişdi: “Mənim işlədiyim yeganə yer Konservatoriya olub. İndi akademiya deyirlər. Amma onun əsl adı elə konservatoriyadır. Çünki akademiya və konservatoriya ayrı-ayrı şeylərdir. Adı dəyişdirməyin mənası yoxdur. Adı dəyişdirməkdənsə, keyfiyyəti dəyişdirmək lazımdır.”
Fərhad Bədəlbəyli Akademiyanın Opera studiyasını restorana çevirib. Milli- mənəvi dəyərlərimizi nəzərə alaraq restoranın birinin adını “Şur” qoyub. Digər restoran Süleyman Ələsgərov küçəsindəki səkini zəbt edib. Opera studiyasının bir hissəsini Akademiyaya aidiyyatı olmayan, özünə məxsus olan “Musiqi qalereyası”na verib”.

E.Əliyev bildirib ki, Fərhad Bədəlbəyli vətəndaşları qəbul etmir, heç kəsin şikayətini dinləmir:

“Musiqi Akademiyasında çalışan müəllimlərdən birinin mənə dediklərini təqdim edirəm – “Rektor demək olar ki, vətəndaşları qəbul etmir. Bir dəfə olsun auditoriyaya girməyib. Yetirməsi yoxdur. O, binadan çıxanda insanlar arxasınca qaçıb problemlərini deməyə çalışırlar. O isə avtomobilinə minib onlardan qaçır. İstedadlı müsiqiçilər Akademiyadan sıxışdırılır və bu səbəbdən oranı tərk edirlər”.

Fərhad Bədəlbəyli öz kefindədir. Böyük Üzeyir bəyin adını daşıyan bu Akademiyanın (Konservatoriyanın) kiminsə şəxsi mülkiyyəti kimi idarəetməsi yolveriməzdir.

Fərhad Bədəlbəyli ölkə səviyyəsində tanınan musiqiçidir. Onun isdedadlı musiqçi olması barədə də müəyyən fikirlər var. Ancaq məmləkətin musiqi məbədini yaman günə qoymağa heç kimin mənəvi haqqı yoxdur. Bu dəyər Azərbaycan xalqına məxsusdur”.

Gülşən Rəsul