“30 günün 35 günü toylarda olmuşam”.
Tribuna.az xəbər verir ki, bunu Əməkdar artist Nüşabə Ələsgərli deyib.
Sənətçi bildirib ki, səhnəyə gələn gündən onun bir amalı olub:
“Pul qazanmaq, vəssalam… Mən sənəti sevərək səhnəyə gəlmişdim. Amma sənətin suyunu sıxdım, maddiyyatını aldım. Ürəyim istədiyi mahnıları oxumadım, toylara qaçdım. Toylara getdiyimə görə yaxşı mahnılar oxuya bilmədim. Yaxşı mahnılar oxumaq istəyəndə də səsim yerimdə olmadı”.
Nüşabə Ələsgərli vurğulayıb ki, bütün günü toyda olduğundan studiyalara getməyə vaxtı qalmayıb.









