Bakı Dövlət Universitetinin (BDU) müəllimi Nəriman Süleymanovun qəfil vəfatı ilə bağlı həyat yoldaşı, jurnalist Şərəf Cəlili açıqlama verib.
Tribuna.az Lent.az-a istinadən xəbər verir ki, o, hadisəni təsdiqləyərək bu sözləri deyib:
“İnformasiyanı bilirsiniz, xəbər doğrudur. O, bir rektorun qurbanı oldu”.
Ş.Cəlili hadisənin təfərrüatları ilə bağlı hələlik geniş danışmaq istəməyərək əlavə edib:
“Sərəncama diqqət edin, bu barədə sonra açıqlama olacaq”.
Jurnalistin bu ifadələrlə bu gün BDU-nun rektoru Elçin Babayevin vəzifədən azad edilməsini nəzərdə tutduğu təxmin edilir, lakin məsələnin digər detalları hələlik məlum deyil.
Xatırladaq ki, bir neçə ay əvvəl N.Süleymanovun adı tələbələrinə qarşı qeyri-etik hərəkətlərə yol verməkdə hallanmışdı.
Gülşən Rəsul









