Xankəndi stadionunda ilk rəsmi oyun keçirildi

Xankəndi stadionunda ilk rəsmi oyun keçirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əsaslı yenidənqurmadan sonra Xankəndi stadionunda ilk rəsmi oyun keçirilib.

Tribuna.az xəbər verir ki, “Xankəndi” I Liqanın VIII turunda “Karvan-Yevlax”ı qəbul edib.
Oyun Yevlax klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Hər iki qol ikinci hissədə qeydə alınıb. 67-ci dəqiqədə İbrahim Əliyev, 77-ci dəqiqədə Obi con Onyeka fərqlənib.
Bu nəticədən sonra “Karvan-Yevlax” 16 xalla üçüncü pillədə qərarlaşıb. Meydan sahibləri isə 6 xalla səkkizinci yerdədir.
Oyunu 3000-ə yaxın azarkeş izləyib.