WhatsApp-a səsli stikerlər gəlir

WhatsApp-a səsli stikerlər gəlir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

WhatsApp istifadəçilərin yazışmalarını daha maraqlı etmək üçün yeni funksiya üzərində işləyir. Mesajlaşma tətbiqində səs çıxara bilən stikerlərin yaradılması və göndərilməsi mümkün ola bilər.

Tribuna.az xəbər verir ki, bu barədə texnologiya nəşri WABetaInfo məlumat yayıb.

Məlumata görə, yeni funksiya Android üçün WhatsApp-ın 2.26.41.3 beta versiyasında aşkarlanıb. Səsli stikerlər adi stikerlərə bənzəyəcək, lakin onların üzərinə qısa audio əlavə ediləcək. İstifadəçi belə stikerə toxunduqda səs səslənəcək.

Yeniliyin digər maraqlı tərəfi istifadəçilərin öz səsli stikerlərini yaratmaq imkanının nəzərdən keçirilməsidir. Bunun üçün stikerə audio əlavə etmək, hətta videonu səsli animasiyalı stikerə çevirmək mümkün ola bilər.

Səsli stikerlər telefonun səssiz rejimini də nəzərə alacaq. Bundan başqa, istifadəçilər səsi ayrıca söndürə biləcəklər. Stikerlər və onlara əlavə olunan audio WhatsApp-ın başdan-başa şifrələmə sistemi ilə qorunacaq.

Hazırda funksiya hazırlanma mərhələsindədir və beta istifadəçiləri üçün belə əlçatan deyil. WhatsApp yeniliyin nə vaxt istifadəyə veriləcəyini rəsmən açıqlamayıb.

İmran Kərimli