Məleykə Abbaszadə niyə “vuruldu” – Pərdəarxası

Məleykə Abbaszadə niyə “vuruldu” – Pərdəarxası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məleykə Abbaszadənin DİM-dən getməsinin vaxtı çatmışdı.

Bu sözləri Tribuna.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev Məleykə Abbaszadənin DİM sədri vəzifəsindən uzaqlaşdlrılması və BDU-ya rektor təyin edilməsini dəyərləndirərkən deyib.

Ekspert qeyd edib ki, Abbaszadənin yeni təyinatı BDU-nun nüfuzunu qaldıracaq:

“Məleykə Abbaszadənin Dövlət İmtahan Mərkəzində böyük xidmətləri oldu. Bunu heç kəs dana bilməz. DİM-dəki şəffaflıq Məleykə xanımın adı ilə bağlıdır. Amma əvəzedilməz insan yoxdur. Son illərdə DİM-də verilən qərarlar sanki ictimaiyyətə açıqlanmırdı. Verilən qərarlar səhv olsa belə üstü örtülməyə çalışılırdı.

Hesab edirəm ki, Məleykə Abbaszadənin DİM-dən getməsinin vaxtı çatmışdı. Çünki bir şəxsin eyni vəzifədə uzun müddət qalması arzuolunan və effektiv deyil.

Məleykə xanımın Bakı Dövlət Universitetinə rektor təyin edilməsi gözəl təşəbbüsdür. BDU-nun vəziyyətinin nə yerdə olduğu hamıya məlum idi. Bakı şəhərində olan universitetlərin hamısında rüşvət problemi həll olunmuşdusa, BDU-da bu problem hələ də qalırdı.

Hesab edirəm ki, Məleykə Abbaszadənin yeni təyinatı BDU-dakı bu problemi də kökündən həll edəcək. BDU Məleykə xanım sayəsində çox şey qazanacaq, universitetin nüfuzu daha da artacaq”.

Nigar İxtiyarqızı