Türkiyə millisi bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyununa çıxıb.
Tribuna.az xəbər verir ki, Vinçenzo Montellanın baş məşqçisi olduğu kollektiv A Liqasının 1-ci qrupunun III turunda səfərdə Belçika ilə qarşılaşıb.
Görüş Lyej şəhərindəki “Moris Düfren” stadionunda keçirilib və Bakı vaxtı ilə saat 22:45-də başlayıb.
Ev sahibləri rəqibini 3 cavabsız qolla məğlub edib – 3:0.
UEFA Millətlər Liqası
A Liqası, 1-ci qrup, III tur
22:45. Belçika – Türkiyə 3:0









