FHN daha iki xidməti maşın alır: Nazirliyin hədəfi nədir?

FHN daha iki xidməti maşın alır: Nazirliyin hədəfi nədir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi növbəti xidməti avtomobilləri almağa hazırlaşır.

Tribuna.az xəbər verir ki, qurumun bununla bağlı keçirdiyi tenderin nəticələri açıqlanıb.

Məlum olub ki, Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi daha iki xidməti avtomobil alacaq. Hybrid mühərrikli avtomobillər isə “AUTO AZƏRBAYCAN” MMC tərəfindən təmin ediləcək.

Qeyd edək ki, tenderə əsasən iki avtomobilə görə, FHN şirkətə 136 min 600 manat ödəyəcək.

Nəzərinizə çatdıraq ki, FHN ayrı-ayrı qurumları üçün hər il onlarla avtomobil alır. Hətta digər vacib işlər üçün bu qədər vəsait ayırmadığı da diqqətçəkən məqamdir. Görəsən, nazirliyin bununla bağlı hədəfi nədir?

Fərda Uğur