Azərbaycan millisi Andorra ilə üz-üzə gələcək

Azərbaycan millisi Andorra ilə üz-üzə gələcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə Azərbaycan millisi bu gün beynəlxalq yoldaşlıq oyunu keçirəcək.

Tribuna.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv səfərdə Andorra seçməsi ilə üz-üzə gələcək.

Enkamp şəhərində təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

Matçın baş hakimi ispaniyalı Xose Luis Munuera olacaq.

Xatırladaq ki, Azərbaycan millisi noyabrın 13-də UEFA Millətlər Liqası oyununda səfərdə Lixtenşteyni minimal hesabla üstələyib – 1:0.

Yoxlama oyunu
16 noyabr

22:00. Andorra – Azərbaycan
Hakimlər: Xose Luis Munuera Montera (İspaniya).
Enkamp. “Estadi de la FAF”.