Tanınmış memar Elçin Əliyev Bakının mərkəzində yerləşən restoranlara Türkiyənin əyalət adlarının verilməsinə və sözlərin türkcə yazlımasına etirazını bildirib.
Tribuna.az xəbər verir ki, bu barədə E.Əliyev sosial şəbəkə heaablnda yazıb. O bildirib ki, Bakı bu cür axmaq adlarla Türkiyənin əyalət şəhərinə çevrilib:
“Şəhərin lap mərkəzində, Nizami küçəsində yerləşən bu reklam lövhəsindəki yazı hansı dildədir?
Bir şeyi dəqiq bilirəm: bu, mənim ana dilim deyil. Niyə? Bu nə özbaşınalıqdır belə? Bezdiriblər artıq!
Vaxtilə gözəl Avropa şəhəri olan Bakı bu cür axmaq adlarla Türkiyənin əyalət şəhərinə çevrilib”.
Gülşən Rəsul










