“Ermənistan Moldova təcrübəsi ilə “Qərbi Azərbaycan”a çevrilməyə doğru gedir”. Tribuna.az xəbər verir ki, bu fikrin müəllifi “Yerevan Today” saytının baş redaktoru Sevak Hakobyana məxsusdur.
Onun sözlərinə görə, son zamanlar Ermənistanda baş verənlər son seçkilərdən əvvəl Moldovada baş verənlərə çox bənzəyir. “Çünki Moldovada olduğu kimi, Ermənistanda da böyük həbslər həyata keçirilib. İkincisi, seçkilərdən üç ay yarım sonra, bu ilin 12 yanvarında Moldova prezidenti Maya Sandu Moldovanın kiçik bir ölkə olduğunu, çətinliklərə tab gətirə bilməyəcəyini elan etdi və məsələnin həlli olaraq Rumıniyaya birləşməyi təklif etdi”.
Hakopyan hesab edir ki, eyni şeyi Paşinyan Ermənistan üçün etməyə hazırlaşır. “Moldovanın Aİ istəkləri, Aİ-yə qoşulmaq vədləri Rumıniyaya aparır, bizi hara – Türkiyəyə, “Qərbi Azərbaycana” aparacaqlar? Bu, bu adam tərəfindən həyata keçirilən böyük bir proqramdır”.
Fərda Uğur









