“Silk Way West Airlines”in səhmdarları şirkətdən nə qədər qazanır? -Rəqəmlər

“Silk Way West Airlines”in səhmdarları şirkətdən nə qədər qazanır? -Rəqəmlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Silk Vey Vest Aviaşirkəti” MMC (Silk Way West Airlines) 2026-cı ilin ilk yarısında səhmdarlarına 69 milyon 653 min manat dividend elan edib.

Tribuna.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövründəki 10 milyon 455 min manatla müqayisədə 6,7 dəfə çoxdur.

Şirkətin səhmdarları “Silk Way Aviaşirkəti” MMC (98%) və “Silk Way Development” MMC-dir (2%).

Mövcud pay bölgüsünə uyğun hesablandıqda, elan edilmiş dividend məbləğinin təxminən 68 milyon 260 min manatı “Silk Way Aviaşirkəti” MMC-nin, 1 milyon 393 min manatı isə “Silk Way Development” MMC-nin payına düşür.

2026-cı ilin ilk yarısında şirkətin xalis mənfəəti ötən ilin eyni dövrünə nisbətən 71,6% artaraq 205 milyon 423 min manat təşkil edib.

Hesabat dövrünün sonunda şirkətin cəmi kapitalı 2 milyard 163,2 milyon manat, nizamnamə kapitalı isə 182 milyon 697,6 min manat olub.

Qeyd edək ki, Silk Way West Airlines 19 yanvar 2012-ci ildə dövlət qeydiyyatına alınıb.

Şirkətin 2024-cü il üzrə audit olunmuş maliyyə hesabatında son nəzarətedici şəxs kimi Zaur Axundov göstərilib. O, eyni zamanda Silk Way West Airlines-in Müşahidə Şurasının sədridir.

“Silk Way Development” MMC-nin 2024-cü il üzrə audit olunmuş hesabatına əsasən, şirkətin səhmdarları Zaur Axundov (89,78%) və Dilara Axundovadır (10,22%).

Fərda Uğur