Erməni deputat: “Göycə, Basarkeçər və Zəngəzur Azərbaycana ceriləcək”

Erməni deputat: “Göycə, Basarkeçər və Zəngəzur Azərbaycana ceriləcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda konstitusiya məsələsinə dair müzakirələr davam edir.

Tribuna.az xəbər verir ki, yerli müxalifət partiyaları əhalini “maarifləndirmək” üçün hazırda geniş təbliğat aparırlar.

Həmin “təbliğat” əsasən Azərbaycana qarşı nifrətdən ibarətdir. Belə ki, erməni siyasətçilər hər kəlmələrində Azərbaycanı hədəfə alaraq, bununla erməniləri yeni konstitusiyaya qarşı çıxaracaqlarını düşünürlər.

Amma bu prosesdə gülməli məqamlar da az deyil. Məsələn, “Güclü Ermənistan” Partiyasından olan deputat Liana Gasparyan Ermənistanın yeni konstitusiyası qəbul edilərsə, bir çox ərazilər Azərbaycana veriləcək. “Erməniləri bilirlər ki, yeni qanun qəbul edirlərsə, Zəngəzur, Basarkeçər, və Göycənin hamısı Azərbaycan əraziləri kimi tanınacaq? Hələ xəbərləri yoxdur”.

Fərda Uğur