“Arsenal” yetirməsi Cek Talbotla peşəkar müqavilə imzalayıb

“Arsenal” yetirməsi Cek Talbotla peşəkar müqavilə imzalayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərənin “Arsenal” klubu 10 ildən artıqdır düşərgəsində yer alan qapıçısı Cek Talbotla ilk peşəkar sözləşməyə imza atıb.

Tribuna.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

6-9 yaşlarında həm paytaxt təmsilçisində, həm də “Vest Hem”də oynamış qolkiper 2017-ci ildə “topçular”a qoşulub.

Qeyd edək ki, zədə problemləri ilə mübarizə aparan C.Talbot ötən həftəsonu Premyer Liqa Kubokunda “Sanderlend”ə 3:0 hesabı ilə qalib gəldikləri qarşılaşmada meydana çıxıb.