“Ermənistan Azərbaycanla nəqliyyat xətlərini açmalıdır”

“Ermənistan Azərbaycanla nəqliyyat xətlərini açmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“TRİPP ilk növbədə təhlükəsizlik layihəsi, yalnız bundan sonra isə iqtisadi vasitədir”.

Tribuna.az xəbər verir ki, bunu erməni iqtisadçı ekspert Suren Parsyan deyib.

Onun iddiasına görə, TRIPP əsasən Ermənistana qarşı mümkün təcavüzün qarşısını almağa yönəlib. “Nəzərimcə, layihənin əsas məqsədi budur”.

Parsyan hesab edir ki, bu layihə Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasına, eləcə də illərdir Ermənistanın iqtisadi imkanlarını məhdudlaşdıran nəqliyyat problemlərinin həllinə yol aça bilər. “Ermənistan Azərbaycan və Türkiyə ilə sərhədlərini və nəqliyyat xətlərini açmalıdır. Bu, ölkənin blokadadan çıxarılması deməkdir”.

Fərda Uğur