Xızı rayon İcra Hakimiyyətində görüş zamanı başçı Xəzər Aslanovla şəhid atası arasında mübahisə yaşanıb.
Tribuna.az xəbər verir ki, görüş zamanı şəhid Alik İsayevin atası Şakir İsayev icra başçısına onları qəbul etməməsi ilə bağlı narazılığını bildirib.
İcra başçısı şəhid atasının etirazına cavab olaraq görüş zalını tərk edib.
Şəhid atası bildirib ki, o və onun kimi bir neçə şəhid ailəsi dəfələrlə görüş üçün icra hakimiyyətinə gəlib. Lakin icra başçısı Xəzər Aslanov onları qəbul etməyib.
Həmçinin şəhid atası bildirib ki, Xəzər Aslanov bu illər ərzində bir dəfə də olsun heç bir şəhid ailəsinin qapısını döyməyib, onlarla maraqlanmayıb.
Gülşən Rəsul









