Arif Mirzəyevin nəşi Azərbaycana gətirilib

Arif Mirzəyevin nəşi Azərbaycana gətirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın Fulda şəhərində vəfat edən bəstəkar, orqan ifaçısı və pianoçu-improvizator, Əməkdar artist Arif Mirzəyin nəşi Azərbaycana gətirilib.

Tribuna.az xəbər verir ki, hazırda Əməkdar artistlə Təzə Pir məscidində vida mərasimi keçirilir.

Vida mərasimində mədəniyyət nazirinin müavini, Xalq artisti Murad Hüseynov, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, mərhumun yaxınları iştirak edir.

Qeyd edək ki, o, “Qurd qapısı” qəbiristanlığında dəfn ediləcək.