“Kişmiş” restoranındakı yanğın söndürüldü –  Video

“Kişmiş” restoranındakı yanğın söndürüldü – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakının Binəqədi rayonunda yerləşən “Kişmiş” restoranında yanğın baş verib.
Tribuna.az xəbər verir ki, hadisə Atatürk prospektində qeydə alınıb.
Yanğınla əlaqədar əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən qüvvələri cəlb olunub.
Hadisə səbəbindən Atatürk prospekti ilə Əcəmi Naxçıvani küçəsinin kəsişməsində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına görə, ərazidə polis və aidiyyəti qurumların əməkdaşları zəruri tədbirlər görüblər.
FHN-dən bildirilib ki, yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

İlkin məlumatlarda yanğının səbəbi və dəymiş ziyan barədə məlumat açıqlanmayıb.

İmran Kərimli