ABŞ Prezidenti Donald Tramp müşavirlərinə bildirib ki, husilər təxribat törətmədiyi təqdirdə, ABŞ İrana zərbə endirməyə bilər.
Tribuna.az xəbər verir ki, bu barədə “Röyters” mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin məlumatına görə, Tramp son günlər müşavirləri ilə keçirdiyi görüşlərdə qeyd edib ki, ABŞ qüvvələri husilər tərəfindən yeni təxribatlarla üzləşməyəcəyi təqdirdə, İrana zərbələr endirməkdən çəkinə bilər.
Nəşr qeyd edir ki, ABŞ prezidenti hələlik bu münaqişəyə necə son qoyacağı ilə bağlı yekun qərar verməyib.
Bununla yanaşı, Tramp regiondakı müttəfiq ölkələrin mövqeyini də nəzərə alır. Həmin ölkələrin nümayəndələri ondan genişmiqyaslı hərbi əməliyyatları yenidən başlamamağı xahiş ediblər.









