“İsrail İranla fərqli bir müharibəyə hazırlaşır”.
Tribuna.az xəbər verir ki, bu məlumatı İsraildə nəşr olunan “Yerusəlim Post” qəzeti paylaşıb.
Nəşr qeyd edib ki, növbəti müharibə keçmiş münaqişələrdən kökündən fərqli ola bilər. “İsrail münaqişənin uzunmüddətli regional müharibəyə çevrilməsinin qarşısını almaq üçün sürətli və intensiv əməliyyata hazırlaşır. Lakin İsrail müdafiə rəsmiləri etiraf edirlər ki, müharibə başladıqdan sonra onun müddətini və nəticəsini proqnozlaşdırmaq mümkün deyil”.
Fərda Uğur









