Türkiyənin məşhur müğənnisi Sezən Aksunun 41 yaşlı oğlu uzun müddətdir eşq yaşadığı özündən 17 yaş kiçik akrtisa sevgilisi ilə evlənməyə hazırlaşır.
Tribuna.az Türkiyə mediasına istinadən xəbər verir ki, Mithat Can Özər Türkiyənin məşhur aktrisası Alina Bozla 4 illik sevgili münasibətlərini rəsmiləşdirmək qərarı verib. Cütlük ötən gün Portuqaliya tətilindən qayıdarkən görüntülənib.
Cütlük 2027-ci ilin iyununda evlənəcək. Mithat Can həmin tarixdə Portuqaliya vətəndaşlığını alacaq. Şəxsi həyatlarını mətbuatdan uzaq tutmağa üstünlük verən cütlük münasibətlərini də belə yaşamaq istədiklərini bildiriblər. Cütlük evlilikləri ilə bağlı heç bir açıqlama verməyib.









