Erməni ekspert Azərbaycan Əsgərini “zərərsizləşdirmək” eşqinə düşüb

Erməni ekspert Azərbaycan Əsgərini “zərərsizləşdirmək” eşqinə düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vaxtıyla Qarabağda Azərbayacana qarşı döyüşmüş erməni hərbi ekspert Arman Petrosyan Ordumuza qarşı müdafiə olunmaq üçün “yollar” təklif edib.

Tribuna.az xəbər verir ki, bir zamanlar əsgərimizin qarşısından qaçan erməni ekspert “zərərsizləşdirmək”dən dəm vurub.

O deyib ki, Ermənistanın müdafiə qabiliyyəti yalnız cəbhə xəttində yerləşən mövqelərin sayı ilə ölçülə bilməz. “Bizim vəzifəmiz mövqelərin sayına görə Azərbaycanla rəqabət aparmaq deyil, düşmənin hücum hərəkətlərini vaxtında aşkarlaya, qarşısını ala və zərərsizləşdirə biləcək bir müdafiə sistemi qurmaqdır”.

Fərda Uğur