İTM-in 4 tenderi bir gündə ləğv edildi

İTM-in 4 tenderi bir gündə ləğv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səhiyyə Nazirliyinin tabeliyində olan İnnovasiya və Təchizat Mərkəzi (İTM) “qara siyahı”ya düşüb.

Tribuna.az xəbər verir ki, qurumun elan etdiyi 4 tenderin nəticələri bir gündə ləğv edilib.

Belə ki, İTM Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanası binasının, yardımçı korpuslarının əsaslı təmiri və yenidənqurması, həyətyanı sahəsinin abadlıq-quruculuq işlərinin satın alınmasından kənarlaşdırılıb.

Bundan başqa, 35 nömrəli şəhər poliklinikasının təmir işlərinin satın alınmasına dair tenderin də nəticəsi ləğv edilib.

Analoji durum 32 nömrəli şəhər poliklinikasının və 4 nömrəli birləşmiş şəhər poliklinikasının təmir işlərinin satın alınmasında da yaşanıb.

Güman edilir ki, Səhiyyə Nazirliyinin yeni rəhbərliyi İTM-ə bəzi qadağalar tətbiq etməklə yanaşı, tenderləri də nəzarətinə götürüb.

Fərda Uğur