Öz ölkəsində tiri görməyənlər Azərbaycanda “çöp” axtarırlar

Öz ölkəsində tiri görməyənlər Azərbaycanda “çöp” axtarırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda hicab məsələsi ətrafında müzakirələr davam edir.

Tribuna.az xəbər verir ki, son zamanlar dini kəsim ölkədə hicab qaydalarına riayət olunmadığını gündəmə gətiriblər.

Onlar bunun qarşısının alınması üçün hətta sərt tədbirlərin görülməsini də tələb edirlər. Lakin mühafizəkar kəsimin içində bunun əhəmiyyətsiz olduğunu deyənlər də az deyil.

Tribuna.az xəbər verir ki, mühafizəkarların nümayəndəsi, Qum Elmi Hövzəsinin müəllimi Fərhad Fəthi bildirib ki, İranda hicab qaydalarına əməl etməyən qadınların sayı milyonlarladır. “Sərt məcburetmə tədbirləri nəticə verməyəcək. Bu qədər insana təsir etmək, onları məcbur etmək mümkün deyil”.

P.S. Maraqlıdır ki, Azərbaycanda vahid məktəbli geyimi məsələsində yaxasını cıran İran mollaları, öz ölkələrində hicaba bu qədər sərbəstlik veriblər. Və üstəlik, Azərbaycanı bu məsələdə “qınamaq” üçün növbəyə durublar. Atalar misalında deyildiyi kimi: Öz gözlərində tiri görməyənlər, başqalarının gözündə tük axtarırlar.

Fərda Uğur