Tanınmış stomatoloq Zeynalabdin Allahyarov həbs olunub.
Tribuna.az Xitab24.az-a istinadla xəbər verir ki, o, Cinayət Məcəlləsinin dələduzluq maddəsi üzrə təqsirli bilinib.
Məhkəmənin hökmü ilə Z.Allahyarov 2 il müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına görə, həkim ona müraciət edən pasiyentlərə yalandan vəd verərək, ümumilikdə 26 795 manat məbləğində pulu mənimsəyib.
Zeynal kimi də tanınan stomatoloq, bu əməlləri “Loft Dent”lə yanaşı, “L.A Dent” və “Mediland Hospital”da törədib.
Tribuna.az araşdırıb ki, “Mediland Hospital”ın direktoru Qulam Rüstəmzadədir. Baş həkim isə Günel Əliyevadır. Rəhbərliyin həkimin dələduz əməllərindən xəbərsiz olub-olmaması bəlli deyil.
“Loft Dent” klinikasının direktoru kimi tanınan şəxs isə Bəhruz Paşayevdir.
21 noyabr 2025-ci ildə Bakının Yasamal rayonu, Mirəli Seyidov küçəsindəki çoxmərtəbəli yaşayış binasında baş verən və 3 nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi ilə bağlı Bəhruz Paşayev saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
Həsən Ağa









