“Atəşgah Sığorta” ASC 2026-cı ilin üçüncü rübündə 1 410 sığorta hadisəsi üzrə ödəniş verməkdən imtina edib.
Tribuna.az -ın əldə etdiyi məlumata görə, imtinaların 1 252-si avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, 158-i isə avtonəqliyyat vasitələrinin könüllü sığortası (KASKO) üzrə qeydə alınıb.
İcbari avtomobil sığortası üzrə ödənişdən imtina əmsalı 18%, KASKO üzrə isə 14% təşkil edib.
Hesabat dövründə şirkət icbari avtomobil sığortası üzrə 5 610, KASKO üzrə 958, tibbi sığorta üzrə isə 8 161 hadisəyə görə ödəniş həyata keçirib. Tibbi sığorta üzrə ödənişdən imtina halı qeydə alınmayıb.
Ümumilikdə, qeyd olunan üç sığorta növü üzrə rüb ərzində tənzimlənmiş 16 139 sığorta hadisəsinin 8,7%-də ödənişdən imtina edilib.
İmtinaların səbəbləri açıqlanmayıb.
Fərda Uğur









