Danelyan: “Qarabağ məsələsi bağlanıb, indi Zəngəzur problemimiz var”

Danelyan: “Qarabağ məsələsi bağlanıb, indi Zəngəzur problemimiz var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Erməni “soyqırımı”nı kənara qoyaq. Çünki Nikol Paşinyanın sözlərinə görə, bu, Ermənistanı qonşularına qarşı qoymaq üçün istifadə olunur”.

Tribuna.az xəbər verir ki, bunu politoloq Stepan Danelyan deyib.

O bildirib ki, Paşinyan tarix dərsliklərini, simvolları və bütün bunların bir elementi kimi konstitusiyanı da dəyişdirir.

Danelyan hesab edir ki, Ermənistanın artıq Qarabağ adlı problemi yoxdur. Lakin o, başqa bir problemlərinin baş qaldırdığını qeyd edir. “Biz Qarabağ məsələsini bağladıq. Lakin əvəzində Zəngəzur məsələsini “qazandıq”. Nəticədə, problem artıq Qarabağda deyil, Zəngəzurdadır”.

Fərda Uğur