Ağstafanın icra başçısı Seymur Orucovun bazarda satıcılarla danışığı narazılığa səbəb olub.
Tribuna.az xəbər verir ki, iki polis əməkdaşının müşayiəti ilə bazarda gəzən və satıcılarla söhbət edən icra başçısı özündən yaşca böyüklərə də “sən” deyə müraciət edib. İcra başçısının yaşlı satıcılara da müraciıt zamanı “sən” deməsi narazılıq yaradıb. Video sosial şəbəkələrdə dəfələrlə paylaşılıb və Seymur Orucov bu hərəkətinə görə tənqid edilib. Onun bu hərəkərini çoxları hörmətsizlik kimi qarşılayıb.
Videonu təqdim edirik.
Gülşən Rəsul









