Ronaldonun uğurunun sirri: Yüzdə 90-ımız bunu etmir

Ronaldonun uğurunun sirri: Yüzdə 90-ımız bunu etmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol dünyasında yaşına baxmayaraq ən üst səviyyədə performans göstərən ulduzu Kriştianu Ronaldonun sirri ortaya çıxıb. İdman qidalanma mütəxəssisi Conni Ondina portuqaliyalı super ulduzun uğurunun arxasında egzotik super qidalar və ya mürəkkəb möcüzə pəhrizlərin olmadığını vurğulayıb.

Tribuna.az xəbər verir ki, qidalanma mütəxəssisi Ondinaya görə, Ronaldonu digər idmançılardan və sıradan insanlardan fərqləndirən əsas ünsür pəhrizində istifadə etdiyi materiallar deyil: “Kriştianu Ronaldonun pəhrizinin əsl sirri insanların və ya elitar idmançıların yüzdə 90-ında olmayan bir ünsürdə yatır; o da ardıcıllıqdır.” Ronaldonun mətbəxində hər kəsin evində olan olduqca sadə və təbii materialların yer aldığını qeyd edən Ondina ulduz oyunçunun qidalanma rejimini “olduqca sadə və hətta darıxdırıcı” olaraq xarakterizə edir.

Sosial mediada populyar olan müvəqqəti trendlərin idmansevərləri yanıltdığını qeyd edən mütəxəssislər bahalı əlavələr və ya həddindən artıq detokslar yerinə təmələ fokuslanmağın vacibliyini vurğulayırlar.

Ronaldonun qidalanma strategiyası yüzdə 95-ə yüzdə 5 qaydası üzərində qurdulub. Gündəlik qidalanma rejiminin yüzdə 95-ini tamamilə təmiz və emal olunmamış qidalarla keçirən təcrübəli futbolçu qalan yüzdə 5-lik hissədə isə qidalarla psixoloji olaraq sağlam bir əlaqə qurmağı bacarır.

Milli.Az