“Qaçqınkom” qalmaqallı şirkətlə anlaşdı: “Körpü-Bina-Tikinti” bu dəfə Ağdamda

“Qaçqınkom” qalmaqallı şirkətlə anlaşdı: “Körpü-Bina-Tikinti” bu dəfə Ağdamda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qaçqinların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (“Qaçqınkom) növbəti tenderini yekunlaşdırıb.

Tribuna.az xəbər verir ki, komitənin Mənzil İstismar Departamenti Ağdam rayonunda salınmış məcburi köçkün qəsəbələrində yerləşən fərdi yaşayış evlərinin və yolun təmirini həyata keçirəcək.

Məlumatda bildirilir ki, tenderin qalibi “KÖRPÜ-BİNA-TİKİNTİ” MMC olub. Bu işlərin görülməsi üçün isə 867 min 444 manat dəyərində satınalma müqaviləsi imzalanıb.

Qeyd edək ki, tenderin qalibi olan “Körpü-Bina-Tikinti” MMC-nin adı bir neçə dəfə qüalmaqallı məsələlərə qarışıb. Son belə mövzu isə ötən il güclü yağışlar səbəbindən Sabunçudakı tunelin su basması ilə bağlıdır. Həmin vaxt iki nəfərin boğularaq öldüyü qeyd edilirdi. Həmin tunellərin məhz sözügedən şirkət tərəfindən inşa edildiyi, inşa zamanı ehtiyat tədbirləri görmədiyi, habelə yağış sularını ötürmək üçün drenaj və nasos təminatını həyata keçirmədiyi üzə çıxmışdı.

Fərda Uğur