Ronaldonun anası millinin məğlubiyyətinə sevindi – Baş məşqçidən cavab

Ronaldonun anası millinin məğlubiyyətinə sevindi – Baş məşqçidən cavab

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kriştiano Ronaldonun anası Dolores Aveyronun Portuqaliya millisinin ünvanına səsləndirdiyi tənqidlər baş məşqçi Jorje Jezusun ironiyalı reaksiyasına səbəb olub.

Tribuna.az BBC-yə istinadən xəbər verir ki, Aveyro oğlunun milli komandada layiq olduğu hörməti görmədiyini bildirib. O, Portuqaliyanın Danimarkaya 1:4 hesabı ilə məğlubiyyətinə sevindiyini də gizlətməyib.

Ronaldonun anası oğluna layiqli vida mərasiminin keçirilmədiyini, bu addımı onun ilk klubu “Sporting”in atacağını deyib.

Baş məşqçi Jorje Jezus isə jurnalistlərin sualına “İndi mən Kriştiano Ronaldonun anasına da cavab verməliyəm?” sözləri ilə ironiyalı münasibət bildirib.

Bununla belə, o, Dolores Aveyroya hörmət bəslədiyini vurğulayıb və Ronaldo ilə bağlı müzakirələrin gələn il də davam edəcəyi təqdirdə sualları cavablandıracağını söyləyib.

İmran Kərimli