Endokrinoloq Dolquşin: Qastritdən əziyyət çəkən insanlarda uzunmüddətli aclıq fasilələri mədə qıcqırmasını gücləndirir.
Arıqlamaq istəyən şəxslər saat 18:00-dan sonra yeməkdən tamamilə imtina etməməlidirlər. Bu, sağlamlıq üçün zərərli ola bilər.
Tribuna.az xəbər verir ki, endokrinoloq Qriqori Dolquşin bu barədə özünün “Telegram” kanalında paylaşım edib.
Həkimin sözlərinə görə, insan acqarına yatarsa, ya gecə yarısı yemək üçün oyanacaq, ya da səhər həddindən artıq çox qidalanacaq. Bundan əlavə, aclıq hissi yuxuya getməyə mane olur. Keyfiyyətsiz yuxu isə növbəti gün iştahanı daha da artırır. Nəticədə qapalı bir dövrə yaranır.
Dolquşin bildirib ki, qastrit, mədə xorası və ya reflüks xəstəliyi olan insanlarda uzunmüddətli aclıq fasilələri ağrıları və mədə qıcqırmasını gücləndirir. Onun fikrincə, sağlam mədə üçün də müntəzəm qidalanma faydalıdır.
Endokrinoloq axşam saatlarında yalnız yağlı qidaların məhdudlaşdırılmasını tövsiyə edib.
“Yağlı yeməklər gec həzm olunur və uzanmış vəziyyətdə reflüksə səbəb olur. Gecə mayonezli kabab yemək yaxşı fikir deyil, lakin yüngül qəlyanaltı münasib seçimdir”, – deyə həkim əlavə edib.
İmran Kərimli









