Hikmət Hacıyev Aİ-nin yüksəkvəzifəli rəsmiləri ilə görüşdü

Hikmət Hacıyev Aİ-nin yüksəkvəzifəli rəsmiləri ilə görüşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının (Aİ) yüksəkvəzifəli rəsmiləri ilə görüşlər keçirib.

Tribuna.az  xəbər verir ki, bu barədə Hikmət Hacıyev “X” sosial şəbəkəsində paylaşım edib.

O bildirib ki, Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorluğunun (DG ENEST) baş direktoru Gert Yan Kopman, Avropa İttifaqı Şurası Prezidentinin xarici siyasət üzrə baş müşaviri Anna-Mariya Bura və Avropa Komissiyası Prezidentinin baş diplomatik müşaviri Simon Mordyu ilə konstruktiv müzakirələr aparılıb.

Görüşlərdə strateji prioritetlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan-Avropa İttifaqı tərəfdaşlığının praktiki təşəbbüslər və konkret nəticələr əsasında daha da gücləndirilməsi yolları müzakirə edilib.

Danışıqlarda xüsusilə nəqliyyat və kommunikasiya bağlantıları, eləcə də enerji təhlükəsizliyi məsələlərinə diqqət yetirilib.