Biznesmenin ailəsini məhv etdi, məhkəmədə yalvardı

Biznesmenin ailəsini məhv etdi, məhkəmədə yalvardı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva Şəhər Məhkəməsi Aleksey Melniçuku erməni iş adamı Xoren Qazaryanın azyaşlı qızı və həyat yoldaşını vəhşicəsinə qətlə yetirdiyinə görə ömürlük həbs cəzasına məhkum edib. Tribuna.az xəbər verir ki, hadisə 2015-ci ilin fevral ayında baş verib. Melniçuk cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. İş materiallarına görə, Melniçuk Moskvanın Şabolovka rayonunda yerləşən Qazaryanların mənzilinə soyğunçuluq məqsədi ilə girməyi bacarıb. Ev sahibəsi onu gördükdə, qadına hücum edib və ona ən azı iyirmi iki dəfə bıçaqlayıb. Daha sonra Qazaryanların azyaşlı qızını öldürüb. Bundan sonra o, 568 min rubl oğurlayıb qaçıb.

Cinayətin üstü yalnız 2025-ci ildə açılıb. Bundan əvvəl Xoren Qazaryan səhvən qətli törətməkdə şübhəli bilinirdi və o, təxminən iki il yarım ev dustaqlığında qalmışdı. Melniçuk günahını etiraf edib və məhkəmədən bağışlanmasını istəyib.

Həsən Ağa