Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistan və Azərbaycan arasında tezliklə hərtərəfli sülh sazişinin imzalanacağına ümid edir.
Tribuna.az xəbər verir ki, bu barədə KTMT-nin baş katibi Taalətbek Masadikov bildirib.
“Ermənistan və Azərbaycan arasında sabit dialoq yığılmış əks-döyüş potensialının azaldılmasına və gələcəkdə əməkdaşlıq infrastrukturunun formalaşmasına töhfə verir. Ümid edirik ki, iki dövlət arasında ən qısa müddətdə hərtərəfli sülh müqaviləsi imzalanacaq”, – deyə Məsadikov IV Minsk Beynəlxalq Avrasiya Təhlükəsizliyi Konfransında çıxışı zamanı bildirib.
Həsən Ağa









