Müxalifət Paşinyana hücuma keçdi

Müxalifət Paşinyana hücuma keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əgər Nikol Paşinyan Konstitusiyanın tamamilə dəyişdirilməsi və Müstəqillik Bəyannaməsinin oradan çıxarılması ilə bağlı xalqın fikrini eşitmək istəyirsə, bu fikir ona iyun seçkiləri zamanı bildirilib.

Tribuna.az bildirir ki, bunu deputat Kristin Vardanyan deyib.

Onun sözlərinə görə, Paşinyan sentyabrda konstitusiya çoxluğu qazanmayacağı təqdirdə xalqı fəlakətli müharibə ilə hədələdi və hətta böyük təhlükə altında belə, konstitusiya çoxluğu qazana bilmədi: “Başqa sözlə, əgər indi başqa bir seçki olsa və Nikol Paşinyan hələ də konstitusiyanı dəyişdirmək üçün istədiyi səsi toplaya bilməsə, bunu necə şərh edəcək? Alətləri sadalayım: şantaj, təhdidlər, girov götürmə. Bütün müxalifət qüvvələrinin liderlərinin həbsdə olması, bəzilərinin ailə üzvləri ilə birlikdə olması təsadüfdürmü?”

Həsən Ağa