Pediatr Vaqif Qarayev bu il məktəbə başlayan 1-sinif şagirdlərinin vaıideynlərinə müraciət edib.
Tribuna.az xəbər verir ki, həkimim sözlərinə görə, valideynlərin “uşağım yemir, yatmır, əsəbidir, oyanıqdır” tipli şikayətləri başlayacaq:
“1-cilər üçün bu tip şikayətlərin mövsümü başlayır. Bu uşaqlar üçün məktəb həm fiziki, həm də psixoloji baxımdan yeni bir mühitdir. Adaptasiya üçün vaxt lazımdır.
İlk növbədə yuxu rejimini tənzimləmək vacibdir. Səhərlər mütləq yemək yeməlidir. Məktəbdən gələndən sonra uşaq mütləq dincəlməlidir”.
Pediatr bu ərəfədə uşaqları əlavə məşğələlərə yazdırmağı da məsləhət görmür:
“Müxtəlif qruplara, dərnəklərə aparsanız yuxarıdakı şikayətlər qaçılmaz olacaq!
6 yaşlı uşaqdan Eynşteyn düzəltmək mənasızdır!”.
Gülşən Rəsul









