Namiq Mənadan Pərviz Bülbülənin paylaşımına REAKSİYA

Namiq Mənadan Pərviz Bülbülənin paylaşımına REAKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış meyxanaçı Namiq Məna həmkarı Pərviz Bülbülənin məclislərdə kriminal aləmlə bağlı ifalarının ondan sifariş olunmaması, əks halda cinayətə cəlb edilə biləcəyi barədə müraciətinə münasibət bildirib.

N.Məna Pravda.az-a açıqlamasında deyib ki, belə meyxanalara görə cinayət məsuliyyətinin olması halları ilə hələ rastlaşmayıb.

“Krimanl aləmlə bağlı ifaların cinayət məsuliyyəti yaratması barədə tam ciddi məlumatım yoxdur. Cinayət Məcəlləsində belə bir maddə olub-olmadığını dəqiq bilmirəm. Buna hüquqşünaslar aydınlıq gətirsələr, yaxşı olar. Lakin meyxana ifaçılarına səslənirəm ki, vətənpərvərlik hislərinə köklənsələr, daha gözəl olar. O qədər şəhidlərimiz, qazilərimiz var ki. Onlar bizim qürur mənbəyimizdir. Dövlətimiz də inkişaf gedib, quruculuq işləri aparılır, Qarabağda gözəl layihələr həyata keçirilir. Gənc fanat ordusunu bu səpkidə öz ardınca aparmaq daha gözəl olar. Çünki gənc ifaçıların arasında yetəri qədər həvəskarları, gənc fanat ordusu var. Onları həvəsləndirsinlər. Bu gün idman sahəsi də Azərbaycanda xeyli inkişaf edib. Qürur duyduğumuz çempionlarımız çoxdur. 1980-ci illərdə belə şərait yox idi. Meyxanaçılar idmanın inkişafı barədə də ifalar səsləndirə bilərlər”, – N.Məna deyib.