Vəziyyətin dəyişməsi və hüquqların təmini üçün artıq etiraz aksiyaları da nəticə vermədiyinə görə minlərlə tibb bacısı çıxış yolunu istefada görərək işindən ayrılıb.
Tribuna.az xəbər verir ki, bunu İran Tibb İşçiləri Evinin başçısı Məhəmməd Şərifi Müqəddəm deyib.
Onun sözlərinə görə, tibb bacılarının əmək haqqı 25 milyon tümən (100 dollar) civarındadır. “Bu məvacib onların belə bir ağır işlə məşğul olmaları üçün yetərli olmadığına görə 70 min tibb bacısı istefa verib”.
Xatırladaq ki, İranda analoji durum təhsil sahəsində də yaşanır. Belə ki, analoji səbəbdən İranda on minlərlə müəllim istefa verib.
Fərda Uğur









