Məlum olduğu kimi, Azərbaycan Ordusunun əsgəri Nəsimi Musayev ötən ay yolu azaraq, Ermənistan tərəfə keçib.
Tribuna.az xəbər verir ki, İrəvanda hərbi əsir olaraq saxlanılan hərbçimizlə bağlı açılmış “cinayət işi”nin istintaqı artıq yekunlaşıb.
Erməni mediasının məlumatına görə, Musayevin işi məhkəməyə göndərilib. Lakin prosesin nə zaman keçiriləcəyi hələlik məlum deyil.
Bu əsnada, Ermənistan parlamentinin müxalifətdən olan deputatları bu ölkədə əsir saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayevlə görüşmək istəyirlər. Məlumatda qeyd edilir ki, Penitensiar Xidmət buna icazə vermir.
Musayevlə görüşmək istəyən deputatlar isə bildiriblər ki, məqsəd təkcə Azərbaycan əsgərinin saxlanıldığı şəraitlə tanış olmaq deyil. “Həm də şəxsi söhbət yolu ilə onun Ermənistan ərazisində hansı şəraitdə keçdiyini, məqsədinin nə olduğunu və Şəki kəndində əslində nə baş verdiyini öyrənməkdir”.
Fərda Uğur









