Rütte: NATO Polşa ərazisinin hər qarışını müdafiə edəcək

Rütte: NATO Polşa ərazisinin hər qarışını müdafiə edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO Polşanın ərazi bütövlüyünün müdafiəsini təmin edəcək.

Tribuna.az xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rütte Varşavada bildirib.

“Zəmanət verə bilərəm ki, NATO Polşa ərazisinin hər qarışını müdafiə edəcək”, – Rütte vurğulayıb.

Baş katib qeyd edib ki, NATO-nun Avropadakı qüvvələrinin baş komandanı, general Aleksus Qrinkyeviç alyansın müdafiə və çəkindirmə imkanlarına qarşı mümkün təhdidlərin müəyyənləşdirilməsi üçün bütün zəruri tədbirləri görəcək.

Onun sözlərinə görə, ehtiyac yaranacağı təqdirdə müvafiq müdafiə tədbirlərinə düzəlişlər ediləcək.

Bildirilib ki, noyabrın 23-də Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclası keçiriləcək. İclasda Polşanın hava məkanının Rusiya raketləri tərəfindən pozulması məsələsi müzakirə olunacaq.

Qeyd edək ki, Polşa hakimiyyəti noyabrın 20-də ölkənin hava məkanına iki raket və bir pilotsuz uçuş aparatı olduğu ehtimal edilən üç obyektin daxil olduğunu açıqlayıb.