Simonyan Azərbaycana gəlir: Səfər tarixi məlumdur

Simonyan Azərbaycana gəlir: Səfər tarixi məlumdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan dekabrda Azərbaycana səfər edəcək.

Tribuna.az xəbər verir ki, bu barədə onun özü məlumat verib.

O bildirib ki, noyabrın sonunda Azərbaycan qeyri-hökumət təşkilatlarının nümayəndələri “Sülh Körpüsü” çərçivəsində Ermənistana gələcəklər. “Gələn ay (dekabr ayında-red.) mənim Bakıya deyil, Azərbaycana səfərim planlaşdırılır. Hikmət Hacıyev Ermənistana gəldiyi üçün qarşılıqlı olaraq mənim də səfərim planlaşdırılıb. Səfərim dekabr ayına planlaşdırılıb. Bu, Bakıda olmayacaq, vaxtı gələcək, sizə deyəcəyəm”.

Fərda Uğur