Məleykə Abbaszadə yeni vəzifəsində ilk onu işdən çıxardı

Məleykə Abbaszadə yeni vəzifəsində ilk onu işdən çıxardı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Dövlət Universitetində (BDU) kadr islahatı aparılıb.

Tribuna.az  “Unikal”a istinadən xəbər verir ki, bununla bağlı BDU-nun rektoru Məleykə Abbaszadə əmr imzalayıb.

Əmrə əsasən, rektorun köməkçisi Nərmin Heydərli vəzifəsindən azad edilib.

Qeyd edək ki, N.Heydərli BDU-nun bir neçə gün əvvəl işdən çıxarılan rektoru Elçin Babayevin dövründə bu vəzifəyə təyin olunmuşdu.