Təbrizdə hakim və ailəsi öldürüldü

Təbrizdə hakim və ailəsi öldürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Təbrizin Heydərabad məhəlləsində hakim İbrahim Sadiqi və ailə üzvləri silahlı hücuma məruz qalıblar.

Tribuna.az xəbər verir ki, silahlı şəxs qəfil hücum təşkil edib.

Nəticədə hakim, həyat yoldaşı və azyaşlı övladı qətlə yetirilib.

Hadisənin dəqiq səbəbləri məlum deyil. Bunun siyasi və ya qisas məqsədli qətl hadisəsi olması da dəqiqləşməyib.

Maraqlı məqam odur ki, hadisə yerinə gələn SEPAH-ın Kəşfiyyat İdarəsinin əməkdaşları ora toplaşmış insanları dağıdıblar. Bundan başqa, çəkiliş aparılmasına da imkan verməyiblər.

Yerli mənbələrin məlumatına görə, İbrahim Sadiqi son zamanlar siyasi, o cümlədən edam hökmləri çıxaran hakimlərdən biri olub. Qətlə səbəb kimi də bu versiya daha çox ön plana çıxarılır.

Fərda Uğur