Ukrayna Baltikdə Rusiya yük gəmisini vurdu

Ukrayna Baltikdə Rusiya yük gəmisini vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Ukrayna dronları Baltik dənizində Rusiyanın hərbi yüklərin daşınması üçün istifadə etdiyi gəmiyə zərbə endirib.
Musavat.com RBC-Ukraine-yə istinadən xəbər verir ki, “Sparta II” adlı gəmiyə zərbə Rusiyanın ərazi sularında endirilib.
Zərbə nəticəsində gəmi idarəetməni itirib və sonra cərəyan onu Finlandiyanın ərazi sularına aparıb.

Finlandiya Sərhəd Mühafizəsinin komandanı İlya İlyin bildirib ki, dənizdə xilasetmə əməliyyatının məsuliyyəti Finlandiya tərəfinə keçib. O, həmçinin əlavə edib ki, hələlik gəmi ilə bağlı əlavə heç bir məlumat yoxdur: “Gəminin yükü haqqında ətraflı məlumatımız yoxdur, ona görə də partlayış ehtimalını qiymətləndirmək çətindir. Gəmidəki yanğın hələlik nəzarət altına alınmayıb, ona görə də sonrakı partlayışlar riski qalır.
Yanğın uzun müddət nəzarət altına alınmazsa, gəminin hətta batmaq təhlükəsi var”.

Eyni zamanda, o, vəziyyətin gəmiçilik və ya insanlar üçün heç bir təhlükə yaratmadığını bəyan edib. Təhlükəsizlik səbəbi ilə gəminin ətrafında məhdud zona yaradılıb:b “Gəminin heyəti yanğının söndürülməsinə çalışır və Sərhəd Mühafizəsi dənizdə xilasetmə əməliyyatına rəhbərlik edir. Hazırda təxliyə üçün variantları və tədbirləri nəzərdən keçiririk”.
Hadisə Finlandiya körfəzinin şərqindəki Suursaari adasının qərbində, beynəlxalq sularda baş verib.Ukrayna tərəfinin fikrincə, gəmi Ukraynaya qarşı müharibədə istifadə üçün Suriyadan silah daşıyır.